Accessibility links

Azərbaycan XİN: Azərbaycan İrandakı hadisələrin sülh şəraitində olmasını arzulayır


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

APA agentliyinin sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Son 6 gündə etiraz aksiyalarında ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.

İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.

XS
SM
MD
LG