Iranın kəşfiyyat naziri Heydər Moslehi bildirib ki, nəzarət altında olan 3 amerikalı turistin istintaqı başa çatmaq üzrədir. İranın tələbə xəbər agentliyi nazirə istinadən nəticələrin istintaq başa çatdıqdan sonra elan ediləcəyini bildirib. Bu ayın əvvəllərində İranın Xarici İşlər Nazirliyi amerikalı turistlərin məhkəmə qarşısına çıxarılmalı olduqlarını bəyan etmişdi. Nazirliyin sözçüsü Ramin Mehmanpərəst demişdi ki, qəlillər onların ölkəyə qeyri-qanuni daxil olduqlarını sübut edir. İran onları casusuluqdagünahlandırsa da, casusluqla bağlı ittihamlar irəli sürməyib. ABŞ və turistlərin ailə üzvləri onların günahsız olduğunu deyir.