Accessibility links

İrandan neft idxal edən bəzi ölkələrə sanksiyalar şamil edilməyəcək


Birləşmiş Ştatlar İrandan neft idxal edən bəzi ölkələri qarşıdan gələn sanskiyalarda hədəf almayacaq.

Sanksiyalar bazar ertəsi qüvvəyə minəcək.

"Bloomberg" sanksiyalardan istisna olunan ölkələr sırasında Yaponiya, Cənubi Koreya və Hindistanın olduğunu xəbər verib.

Bu ölçülərə Prezident Donald Trampın İran və altı dünya qüdrəti arasında imzalanmış nüvə anlaşmasını tərk etməsindən sonra start verilib.

İran neftini idxal edən, amma istisnanın tətbiq edilmədiyi ölkələr sanksiyaya məruz qalacaq.

ABŞ Dövlət Katibi Mayk Pompeo istisnalar haqda qərarı cümə günü açıqlayıb, lakin hansı ölkələrin hansı müddətə sanksiyalara hədəf olmayacağını açıqlamayıb.

“Biz səkkiz yurisdiksiya üçün müvəqqəti istisnalar yaratmağı nəzərdən keçiririk, ancaq yalnız ona görə ki, onlar İranla başqa sahələrdə əməkdaşlığı kifayət qədər azaldıblar və idxalı sıfıra endirmək üçün mühüm addımlar atıblar,” Pompeo bildirib.

ABŞ Dövlət Katibi Mayk Pompeo
ABŞ Dövlət Katibi Mayk Pompeo

Öncə Bloomberg xəbər vermişdi ki, Cənubi Koreya, Yaponiya, Hindistan istisna olunan ölkələr sırasında yer alıb. İstisna Avropa İttifaqı ölkələrinə şamil edilməyəcək, deyə Pompeo bildirib.

Biz səkkiz yurisdiksiya üçün müvəqqəti istisnalar yaratmağı nəzərdən keçiririk.

Bu ölkələrdən ikisi İran neftinin idxalını tamamilə dayandıracaq, yerdə qalanlar isə əhəmiyyətli şəkildə azaldacaq, deyə ABŞ Dövlət Katibi ictimaiyyəti əmin edib.

İrana qarşı sanskiyalar Tramp adminstrasiyasının İslam Respublikasına qarşı “maksimum təzyiq” siyasətinin tərkib hissəsidir.

ABŞ Dövlət Katibi kampaniyanın artıq bəhrə verdiyini deyib.

XS
SM
MD
LG