İranlı etirazçılar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin polis nəzarətində olarkən ölümü ilə baş vermiş etirazkarda təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 10 etirazçı üçün 40 günlük matəm müddətinin başa çatmasından sonra bir neçə şəhərdə yeni nümayişlər keçirməyə başlayıb.
Nümayişçilər İranın mərkəzi Semirom şəhərindəki polis məntəqəsinin yaxınlığında noyabrın 16-da təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülən 24 yaşlı Əli Abbasinin matəm dövrünün başa çatmasını qeyd etmək üçün toplaşıblar.
Sosial şəbəkələrdə yayımlanan videolarda iştirakçıların Ali Dini Rəhbər Ayətullah Əli Xameneiyə istinad edən - “Xameneiyə ölüm” kimi hökumət əleyhinə şüarlar səsləndirdikləri görünür.
Digər tərəfdən paytaxt Tehranın cənubunda yerləşən, İranın ən böyük məzarlığı olan Beheşt-e Zəhrada etirazçılardan ibarət böyük bir izdiham Həmidrza Ruhinin məzarına gəlib. Əraziyə izdihamı uzaqlaşdırmaq üçün təhlükəsizlik qüvvələri yerləşdirlib. Ruhi noyabrın 18-də Tehranda nümayiş zamanı güllələnib.
Sosial şəbəkələrdə yayılan videolarda nümayişçilərlə mərasimi pozmaq üçün ora yerləşdirilən təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verdiyi əks olunub.
Oxşar hadisələr Bukan, Mərvdəşt, Əhvaz, İzeh şəhərlərində də baş verib.
Sentyabrın 16-da Məhsa Əmininin ölümündən sonra İranı hökumət əleyhinə nümayişlər bürüyüb. Əmini baş örtüyünü düzgün geyinmədiyi iddiası ilə həbs olunduqdan sonra polis tərəfindən saxlanılarkən həyatını itirib.
Etrirazlar zamanı təhlükəsizlik qüvvələrinin basqıları nəticəsində 62-si uşaq olmaqla, 500-ə yaxın adam ölüb, minlərlə insan saxlanılıb.