Accessibility links

İranda daha üç adam edam edilib


İranda daha üç adam edam edilib
İranda daha üç adam edam edilib

HARANA xəbər agentliyi yazır ki, Fars bölgəsinin mərkəzi şəhəri İsfahanda 3 məhbus edam edilib. İsfahan şəhərinin ədliyyəsi onların narkotik maddələri alıb satmaq və silah saxlamaqda ittiham olunduqlarını bildirib.

HARANA xəbər agentliyi yazır ki, Aprelin 11-də, İrananın Fars bölgəsinin mərkəzi şəhəri İsfahanda 3 məhbus edam edilib. İsfahan şəhərinin ədliyyəsi onların narkotik maddələri alıb satmaq və silah saxlamaqda ittiham olunduqlarını bildirib.

Həmin mənbə, Fars xəbər agentliyinə istinadən yazır ki, Aprelin 14-də sabah tezden, Şimal ya Xəzər bölgəsinin 3 şəhərində 3 adamı dara asıblar. Dara asılan 24, 25 və 30 yaşlı bu şəxslər "Babolsər", "Qayimşəhər" və "Firidunkənar" sakinləriymişlər. Onları Babolsər şəhərinin İmam Əli meydanında və xalqın gözü qabağında dara çəkdilər.

HARANA "Koçə Radiyosu"na istinadən, bildirdi ki, Əfganıstan prezidentinin sözçüsü, 3 Əfganlının İranda edam olması barədə xəbər verdi. İranda onlara qarşı narkotik maddələrin qaçaqmalçılığı ittihamı irəli sürülmüşdü. Bu xəbərə əsasən, Əfganıstanın xarici işlər nazirliyi Kabildə İranın səfirini çağırıb və ondan məsələ barədə izahat tələb edib.

HARANA qeyd edir ki Əfganıstanın bir millət vəkili elan etmişdi ki, İran 45 Əfqanıstanlını edam edib və onların cəsədlərini ailələrinə vermək üçün çox miqdarda pul tələb edib.

Almaniyanın Doyçevele radiosu elan edib ki Əfganıstan millət vəkilləri 45 Əfganlının edamı barədə təsdiqlənməmiş xəbərdən narahat olublar və İran dövlətindən izahat tələb ediblər.

XS
SM
MD
LG