Accessibility links

ABŞ İslam Dövlətinə qarşı hava hücumları həyata keçirir


ABŞ ordusu İraqın qərbində İslam Dövləti yaraqlılarının təhlükəsi altında olan Hadita su bəndi yaxınlığında hava hücumları həyat keçirməyə başlayıb.

ABŞ rəsmiləri deyib ki, bu gün su bəndinə İraq qüvvələri nəzarət etsə də, bəndi ələ keçirməyə çalışan yaraqlılar tez-tez hücum həyata keçirir.

Gürcüstanda səfərdə olan ABŞ müdafiə naziri Çak Heygel deyib ki, Hadita su bəndi mühüm əhəmiyyət daşıyır. "Əgər bəndə nəzarət İslam Dövlətinin əlinə keçsə və ya bənd dağıdılsa, bunun ciddi fəsadları ola bilər. Bu, İraq böyük risk qarşısında qoya bilər" - deyə Çak Heygel bildirib.

Bu arada ABŞ ordusu İraq Dövləti yaraqlılarına qarşı İraqın şimalında da hava hücumlarına başlayaraq İrbil şəhəri yaxınlığında döyüşçüləri və zirehli təəchizatı hədəf alıb.

ABŞ-ın Mərkəzi Komandanlığının verdiyi məlumata görə, hava hücumları cümə və şənbə günləri keçirilib.

Qonşu Suriyada isə müşahidəçilər Suriya hökumətinin İslam Dövləti qrupunun istinadgahı olan Raqqa şəhərini bombaladığını bildiriblər. 16 mülki vətəndaş daxil olmaqla 26 nəfərin öldüyü bildirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG