İraqın cənub Bəsrə şəhərində iki hücum nəticəsində bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb. Hücumlardan ən ağırı avtobus vağzalında baş verib. Nəticədə 10 adam həlak olub.
Maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində isə 16 nəfər xəsarət alıb. Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Əl-Qaidənin İraqdakı qruplaşması 25 adamın ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb.
İraq İslam Dövləti qrupu Ədliyyə Nazirliyinə qarşı hücuma ötən həftə göstəriş verdiyini bildirib. Yaşıl Zonada yerləşən nazirlik yaxınlığında hökumət binaları və xarici səfirliklər yer alır.
Hücumlar ABŞ-ın İraqa hərbi müdaxiləsinin 10-cü ildönümünə təsadüf edib.
İraq uzun zamandır təriqətlərarası zorakılıqlara səhnə olub. Sünnilər baş nazir Nuri Əl-Malikini ayrı-seçkilikdə günahlandırır.
Sünni yaraqlılar şiələri vaxtaşırı hədəf alır.