Accessibility links

Əl-Sədr İraqın növbəti hökumətinin “inkluziv” olacağını deyib


İraq seçkilərində ən çox yer qazanmış koalisiyanın rəhbəri, şiə dini xanim Müqtəda Əl-Sədr növbəti İraq hökümətinin “inkluziv” və insanların ehtiyacından xəbərdar olacağını bildirib.

12 may tarixində keçirilən seçkilərdə heç bir siyasi blok parlament üstünlüyünə nail ola bilmədiyindən, yeni hökümətin forlalaşdırılması ilə bağlı danışıqların bir neçə həftə, hətta bir neçə ay çəkəcəyi güman edilir.

Seçkilərin nəticələri elan edilən kimi, aparıcı siyasi qüvvələr danışıqlara başladıqlarını elan ediblər. Şənbə günü axşam saatlarında Əl-Sədr baş nazir Heydər Əl-Abadi ilə görüşüb. Əl-Abadinin siyasi bloku seçkilərdə gözlənilməz şəkildə zəif nəticə əldə edib.

Görüşdən sonra danışan Əl-Sədr deyib ki, iki lider arasında seçkilərdən sonra keçirilən ilk görüş İraq xalqına aydın mesaj göndərir - “Sizin hökumət sizin qayğınıza qalacaq və inklüziv olmaqla, heç kimi kənarda qoymayacaq. Biz birlikdə islahatlar və inkişaf uğrunda çalışacayıq.”

Əl-Sədr baş nazir Əl-Abadi ilə görüşün təfərrüatı haqqında danışmayıb.

2003-cü ildə İraqda ABŞ qoşunlarına qarşı döyüşmüş Əl-Sədrin bloku 329 nəfərlik parlamentdə 54 yer qazanıb. Əl-Abadinin bloku isə 42 yer əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG