Accessibility links

Baş nazirin iqamətgahına hücumdan sonra İraqda gərginlik daha da artıb


Keçən ay keçirilən parlament seçkilərində İranın dəstəklədiyi militantların məğlubiyyətindən və bazar günü ölkənin baş nazirin iqamətgahına sui-qəsd cəhdindən sonra İraqda gərginlik daha da artıb.

Gün ərzində Bağdad səmasında vertolyotlar dövrə vurub, Bağdad ətrafında və paytaxtın hücumun baş verən Yaşıl Zonası yaxınlığında qoşunlar və patrullar yerləşdirilib.

Yaşıl Zonanın ətrafına toplaşan İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin tərəfdarları səslərin yenidən sayılmasını tələb edir. İranın dəstəklədiyi fraksiya liderləri ikinci gündür cümə günü təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı öldürülən etirazçının yasını Yaşıl Zonanın yaxınlığında qurduqları çadırda saxlayır. Fraksiya liderlərinin çoxu zorakılıqda baş naziri günahlandırır.

İqamətgahına dronlarla edilən hücumdan sonra yüngül yaralar alan Baş nazir Mustafa Əl-Kazimi televiziya ilə çıxış edib. Masa arxasında ağ köynəkdə və sol biləyində sarğı olan Baş nazir sakit və təmkinli görünüb.

İraqın iki rəsmisinin sözlərinə görə, azı iki dronun hücumu zamanı Əl-Kaziminin yeddi mühafizəçisi yaralanıb. Rəsmi açıqlama vermək səlahiyyətləri olmadığı üçün onlar anonimlik şərti ilə danışıb.

"Qorxaq raket və dron hücumları vətən qurmaz və gələcək qurmaz" - deyə, Əl-Kazimi sakit dialoqa çağırıb.

Dünya liderləri hücumu qınayıb. Onlardan bəziləri isə Əl-Kazimiyə zəng edib. Onların arasında Fransa prezidenti Emmanuel Makron, İordaniya kralı II Abdulla və Böyük Britaniyanın baş naziri Boris Conson da olub.

Səudiyyə Ərəbistanı hücumu açıq-aşkar “terror aktı” adlandırıb. Misir prezidenti Əbdülfəttah Əl-Sissi Facebook səhifəsində İraqdakı bütün tərəfləri “ölkənin sabitliyini qorumaq üçün birləşdirməyə” çağırıb.

ABŞ prezidenti Co Bayden verdiyi açıqlamasında Əl-Kazimiyə qarşı hücumu pisləyib və onun dövlət institutları qorumaq, iraqlıların layiq olduğu demokratiyanı gücləndirmək üçün sakitlik, təmkin və dialoqa çağırışını təqdir etdiyini bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG