İntiharçı hücumu da daxil edilməklə, bu gün əsasən İraqın paytaxtındakı şiə məhəllələrində həyata keçirilən bomba hücumları azı 15 nəfərin ölümünə səbəb olub.
Səhər saatlarında paytaxtın Kazimiyyə məhəlləsində şiə müsəlmanların müqəddəs ibadətgahının yerləşdiyi ərazidə intiharçı hücumu zamanı azı 13 nəfərin öldüyü, 42 nəfərin yaralandığı bildirilib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, adətən şiələrə qarşı bu kimi hücumları sünni yaraqlılar həyata keçirir.
İkinci bomba hücumu isə paytaxtın şimal bölgəsindəki Hüseyniyyə məhəlləsində olub və orada da azı 2 nəfər ölüb.
Bazar günü də silsilə bomba hücumları zamanı azı 37 nəfər ölüb. Hücumlar on ildir paytaxtda qüvvədə olan kommendant saatının aradan qaldırılmasından bir neçə saat sonraya təsadüf edir.
BMT-nin məlumatına görə, 2013-cü ildə mülki vətəndaşlar və təhlükəsizlik qüvvələri ilə birlikdə İraqda ölənlərin sayı 9000 olub. Keçən il isə bu rəqəm 15 500-ə çatıb.