Accessibility links

İraqda seçkilərdən sonra səsləri sayılır


2011-ci ildə ABŞ ordusu İraqdan çıxdıqdan bəri ilk dəfə keçirilən ümummilli seçkilərdən sonra səslər sayılır.

20 milyondan çox insan çərşənbə günü parlamentdə 328 yerə üzv seçmək üçün səs verib.

Bağdadda polisin təhlükəsizlik tədbirlərini gücləndirməsinə və avtomobillərin şəhərə daxil olmasına qadağa qoyulmasına baxmayaraq ölkə boyu seçkilər səbəbi ilə zorakılıqlar zamanı 12 nəfər ölüb.

Təhlükəsizlik rəsmiləri ölkənin şimal və qərbində seçiciləri və seçki məntəqələrini hədəf alan yolkənarı bomba partlayışları və intiharçı hücumları haqda hesabat verib.

Zorakılıq hallarına baxmayaraq, bir çox İraqlı sə vermədə iştirak edib. Onlardan bəziləri gələcək nəslə fərqlilik gətirəcək yeni hökumətin yaradılacağına ümid edir.
XS
SM
MD
LG