Accessibility links

Bağdadda intiharçı hücumunda ölənlərin sayı 149-a çatıb


BMT-nin baş katibi Ban Gi Mun deyib ki, bazar günü İraqın paytaxtında partlayışa görə məsuliyyət daşıyanların insan həyatına məhəl qoymamalarından narahat olduğunu bildirib.

İraq rəsmiləri bildirib ki, bazar günü ölkənin paytaxtında yük maşınına yerləşdirilmiş bombanın partladılması nəticəsində azı 149 nəfər həlak olub.

İŞİD qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürərək hücumun şiə müsəlmanları hədəf aldığını bildirib.

Partlayış Bağdadın ticarət mərkəzlərinin yerləşdiyi izdihamlı Karrada rayonunda törədilib. Hücum Bağdadda bu il törədilmiş ən ölümçül və ötən on ildə törədilmiş ikinci ən dəhşətli hücumdur.

Hadisə zamanı 192 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xilasetmə dəstələri kürəklər və əlləri ilə dağıntılar altından daha çox insan çıxarmaqda davam edir. Rəsmilər yaralananların sayının artacağını ehtimal edir.

İraqın baş naziri Heydər Əl-Abadi Bağdadda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə əmr verib. Yerli sakinlər hökumətin sakinlərin təhlükəsizliyini təmin edə bilmədiyinə görə narazılıqlarını ifadə edir.

XS
SM
MD
LG