Accessibility links

İraqda döyüşlər davam edir [Fotoqalereya]


Ölkənin ən böyük neftayırma zavodunun yerləşdiyi Beicinin nəzarəti uğrunda İraq ordusu ilə sünni yaraqlılar arasında bu gün də döyüşlər davam edib.

Şahidlər zavoddan tüstü qalxdığını, İraq İslam Dövləti və İŞİD qruplarının bayraqlarının zavod binası üzərində dalğalandığını gördüklərini deyirlər.

İraq təhlükəsizlik qüvvələri Bağdadla Mosul şəhərləri arasında yerləşən neftayırma zavodunun nəzarətinin əllərində olduğunu bildirib.

Birləşmiş Ştatlar İraqın şimal bölgəsindəki böyük şəhərlərin nəzarətini yaraqlıların almaq üçün variantları nəzərdən keçirir.
XS
SM
MD
LG