Accessibility links

İraqda silsilə hücumlar həyata keçirilib


Bu gün İraqın paytaxtı və ətraflarında həyata keçirilən bomba hücumları azı 16 nəfərin ölümünə səbəb olub.

Bomba yerləşdirilmiş maşının birinin Bağdaddan 25 km məsafədə, Taci bölgəsindəki hərbi baza yaxınlığında partladıldığı və nəticədə 6 nəfərin öldüyü, azı 20 nəfərin yaralandığı xəbər verilir.

Digər maşındakı bombanın paytaxtın cənubundakı Mahmudiyyə yoxlanış məntəqəsi yaxınlığında partladıldığı və nəticədə 2 əsgərin öldüyü bildirilir.

Bağdadın Şula məhəlıəsində daha bir hücumun həyata keçirildiyi və bu səbəbdən 5 nəfərin öldüyü deyilir.

Bomba hücumlarının məsuliyyətini özərinə götürən olmayıb.

Keçən həfrə ölkə boyu həyata keçirilən hücumlar 59 nəfərin ölümünə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG