Accessibility links

İraqda bomba partlayışları nəticəsində 38 adam həlak olub


İraq rəsmilərinin bildirdiyinə görə,biri-birinin ardınca bomba partlayışları nəticəsində 38 adam həlak olub. Partlayışlar 100-dən artıq insanın yaralanmasına səbəb olub.

Hadisələr Hillah və Kərbəla şəhərlərində baş verib. İraqın bu iki şəhəri şiə müsəlamanların dini məbədlərinin yerləşdiyi şəhərlərdir. Burada şiələr sünni ekstremistlər tərəfindən tez-tez hədəf alınır.
İ
raqın digər bölgələrində kamikadze hücumları nəticəsində 3 adam həlak olub.
Hücumlar Fəlluca və Mosulda həyata keçirilib.

Bundan iki gün əvvəl Bağdadda həyata keçirilən hücum zamanı 12 nəfər həlak olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG