Accessibility links

İraqda bomba hücumları nəticəsində 30 nəfər həlak olub


İraqda silsilə bomba hücumları nəticəsində 30 nəfər həlak olub.

Bağdad şəhər polisinin bildirdiyinə görə, ticarət mərkəzində həyata keçirilən hücum 90-dan artıq insanın yaralanmasına səbəb olub.

Ən ağır hücum Bəyaa rayonunda olub ki, nəticədə 7 adam həlak olub, 14 nəfər xəsarət alıb. Sədr və Razvaniyə şəhərlərində də bomba hücumları həyata keçirilib.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb. Lakin son zamanlar sünni yaraqlılar təhlükəsizlik qüvvələri və şiə təriqətinin nümayəndələrini hədəf alır.
XS
SM
MD
LG