Accessibility links

İraqda bomba hücumları zamanı onlarla insan həlak olub



İraqın cənubunda yerləşən Mahmudiyyə və Mədain şəhərlərində bomba hücumları zamanı 16 adam həlak olub, onlarla insan yaralanıb.

Bazar günü Mahmudiyyə şəhərində iki partlayış nəticəsində 10 nəfər ölmüş, 36 insan yaralanmışdır.

Bağdaddan təxminən 30 kilmetr uzaqlıqda yerləşən Mahmudiyyədə baş vermiş partlayışdan bir neçə dəqiqə sonra Mədain şəhərinin izdihamlı bazarında daha bir bomba partlayıb. Hadisə nəticəsində altı nəfərə həlak olub, təxminən 15 nəfər yaralanıb.

Zorakılıq aktları İraqda şənbə günü müqəddəs Ramazan ayının başladığı vaxta təsadüf edir.
XS
SM
MD
LG