Accessibility links

Bağdadda bomba hücümları, ölənlər var


Cümə axşamı Bağdadın əsasən şiələrin məskunlaşdığı bölgəsində iki avtomobilə yüklənmiş bombanın partlaması nəticəsində 9 nəfər həlak olub, 20-yə yaxın insan yaralanıb.

Çərşənbə günü eyni ərazidə ardarda bomba hücumu zamanı 19 insan ölüb.

Hücumlarla bağlı məsulliyyəti heç kim üzərinə götürməyib. Ancaq daha əvvəllər Əl-Qaida üzvləri şiələrə və hökümət qüvvələrinə qarşı dəfələrlə hücumlar həyata keçirib.

Təxminlərə görə bu ay Iraqda 1000-ə yaxın insan atışmalar və bomba hücumları nəticəsində həyatını itirib.
XS
SM
MD
LG