Accessibility links

Bağdadın COVID-19 xəstəxanasında yanğın - azı 82 ölü


Bağdaddakı COVID-19 xəstələrini yerləşdirmək üçün təchiz edilmiş xəstəxanada oksigen konteynerinin partlaması ilə başlayan yanğın azı 82 nəfərin ölümünə və 110 nəfərin yaralanmasına səbəb olub.

Mətbuat katibi Xalid əl-Mühənna dövlət televiziyasına bildirib ki, gələcəkdə belə bir ağrılı hadisənin baş verməməsi üçün təcili olaraq bütün xəstəxanalardakı təhlükəsizlik tədbirlərini nəzərdən keçirməliyik.

Yanğın gecə saatlarında Diyala körpüsü ərazisindəki İbn Xətib xəstəxanasında baş qaldırıb.

İraqın yarı-rəsmi İnsan Hüquqları Komissiyasının üzvü Əli Bayati daha əvvəl ölənlərin son sayının hələ rəsmi olaraq açıqlanmadığını, ancaq 30 ilə 45 arasında ola biləcəyini demişdi.

Yanğın zamanı xəstələrin yaxınları onları xilas etməyə səy göstərib. Qardaşını ziyarət edən şəxs pəncərədən atılaraq xilas olduqlarını bildirib.

Tibbi mənbələr xəstələrin başqa xəstəxanalara köçürüldüyünü deyir. Lakin bir neçə ailə yanğın söndürüldükdən bir neçə saat sonra başqa yerdə yaxıblarını tapa bilmədikdən sonra xəstəxanaya qayıdıb.

Baş nazir Mustafa əl-Kadimi araşdırma əmri verib.

"Belə bir hadisə səhlənkarlığa dəlalət edir və bu səbəbdən dərhal istintaq başlanmasını və xəstəxananın meneceri, təhlükəsizlik və xidmət rəhbərlərinin bu laqeydlik müəyyən edilənə və onlar məsuliyyətə cəlb olunana qədər bütün əlaqədar olanlarla birlikdə tutulmalarını əmr etdim" - deyə, nazirin bəyanatında bildirilib.

İraqın on illərlə tətbiq olunan sanksiyalar, müharibə və baxımsızlıq nəticəsində yararsız səhiyyə sisteminin vəziyyəti koronavirus böhranı dövründə daha da ağırlaşıb.

Şərhlərə bax

XS
SM
MD
LG