Accessibility links

Human Rights Watch İraq qüvvələrini mülkü vətəndaşları müdafiə etməyə çağırıb


Human Rights Watch təşkilatı İraq qüvvələri və hökumət tərəfdarı döyüşçüləri Tıkrıt şəhəri uğrunda İslam Dövləti qrupuna qarşı döyüşlər zamanı mülkü vətəndaşları müdafiə etməyə çağırıb.

Təşkilat hərbi qüvvələrin İraqda ələ keçirdiyi şəhərlərdə mülkü vətəndaşlara qarşı bir neçə təhqiramiz insidentin qeydə alındığını bildirib və mülkü vətəndaşların münaqişə zonasında yaşaya bilməsi üçün şərait yaradılmasına çağırıb.

İraqın koalisiya qüvvələri ötən il yaraqlılar tərəfindən ələ keçirilən əraziləri geri almaq məqsədi ilə 30 minlik ordu ilə irimiqyaslı hərbi əməliyyata başlayıb.

XS
SM
MD
LG