Accessibility links

İraq hərbi qüvvələri: İŞİD ölkənin yalnız 7 faizinə nəzarət edir


İraq hərbi qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Rəsul və ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin sözçüsü, polkovnik Con Dorrian Bağdadda mətbuat konfransında

İslam dövləti qrupu İraqda son zamanlar stabil itkilərə məruz qalır və hazırda İraq ərazilərinin yalnız 7 faizinə nəzarət edir. Bunu İraq hərbi qüvvələrinin sözçüsü bildirib.

Briqada generalı Yəhya Rəsul deyib ki, İŞİD 2014-cü ilin yay aylarında ən güclü dövründə olduğu vaxtlar ələ keçirdiyi ərazilərin dörddə birindən az hissəsinə nəzarət edir. O vaxtlar cihadçı qrup ölkə ərazisinin 40 faizindən çoxunun nəzarətini ələ almışdı.

General Rəsulun bildirdiyinə görə, bu il martın 31-ə olan məlumata əsasən, cihadçılar İraq ərazisinin 6.8 hissəsinə nəzarət edir.

İraq hərbi qüvvələrinin əsgəri Mosul şəhərində hərbi əməliyyatlar zamanı
İraq hərbi qüvvələrinin əsgəri Mosul şəhərində hərbi əməliyyatlar zamanı

İŞİD Mosul şəhərini regionda nüfuzunu genişləndirməzdən əvvəl 2014-cü ildə ələ keçirmişdi. O vaxt cihadçı qrup İraq və Suriyada böyük ərazilərə nəzarəti ələ almışdı.

İraq qüvvələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə 2016-cı ilin oktyabr ayında Mosulun azad edilməsi məqsədilə genişmiqyaslı əməliyyata başlayıb. Bu ilin yanvar ayında koalisiya Mosulun şərq hissəsinin nəzarətini İŞİD-dən geri alıb. Şəhər Firat çayı vasitəsilə iki hissəyə ayrılır. Fevral ayının ortalarında isə Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatlara başlanılıb.

Terrorçu qrup hələ də İraqda Qaim, tal Afar və Havica şəhərlərinə, Suriyada isə özünün paytaxtı elan etdiyi Raqqaya nəzarət edir.

XS
SM
MD
LG