Accessibility links

İŞİD-in şiələrin məbədlərinə qarşı hücumlarının qarşısı alınıb


İraqın kəşfiyyat rəsmiləri İslam Dövləti qrupunun şiələrin məbərləri və təriqətin ruhani liderinə qarşı hücumlarının qarşısının alındığı bildirib.

İŞİD Kərbəla və Nəcəfdə məbədləri intiharçı hücumları ilə dağıtmağı planlaşdırırdı.

İki həftə əvvəl İraq və Rusiyanın sinxron hava zərbələri nəticəsində İraqın Qaim, Suriyanın Mayadin bölgəsində intiharçılar öldürülmüşdü. İŞİD-in nəzarətində olan hər iki bölgədəki hücmların təfərrüatı açıqlanmamışdı.

Bu ayın əvvəlində Mosul yaraqlılardan təmizlənib. Şəhər 3 il idi ki, İraq hökumətinin nəzarətindən çıxmışdı.

İraq əsgərləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın dəstəyi ilə 2016-cı ilin oktyabrında Mosulun azadlığı ilə bağlı əməliyyata başlayıb.

BMT-nin məlumatına görə, Mosul uğrunda döyüşlərdə minlərlə yerli sakin həlak olub, 1 milyon insan evini tərk edib.

Hökumət xəbərdarlıq edib ki, Mosulun əsas hissələrində döyüşlər başa çatsa da "İslam Dövləti" yaraqlıları yaxınlıqdakı kəndlərdən fərdi hücumlar həyata keçirə bilər.

Mosulun azad edilməsi əməliyyatlarında koalisiya qüvvələri İraq hərbi qüvvələrinə hava və quruda dəstək göstərirdi.

XS
SM
MD
LG