İslam Dövləti qrupu İslam Dinarı adlanacaq öz pul vahidinin çapına başlamaq niyyətindədir.
Qrupun rəsmiləri valyutanın qızıl, gümüş və mis sikkələrdən ibarət olacağını bildirib. Yaraqlı qrupun nümayəndələri hazırda istifadə olunan valyutanı müsəlmanlara qarşı istifadə edilən tiran valyuta adlandırıb.
Yeni valyutanın nə zaman dövriyyəyə buraxılacağı haqda dəqiq məlumat verilməyib.
Bu ilin əvvəllərində İraq və Suriya torpaqlarının böyük hissəsini zəbt edən militant qrup nəzarətindəki ərazilərdə xilafət elan edib.
Qrup həmçinin bu ərazilərdə İslam qanunlarının tətbiqini məcbur hesab edir. İslam Dövləti qrupunun lideri Əbu Bəkr əl-Bağdadi isə özünü xəlifə elan edib.