Accessibility links

İraq kürdləri müstəqillik referendumuna hazırlaşır [Video]


Kürdüstan 20-ci əsrin əvvəllərində Avropanın müstəmləkə hakimiyyətləri tərəfindən bölünən etnik, linqvistik və mədəni regiondur. Bu bölgə Suriya, Türkiyə, İraq və İran ərazilərini əhatə edir.

İraqda yerləşən Kürdüstan yerliləri deyir ki, onlar özlərinin müstəqil ölkəsində yaşamaq istəyirlər.

Səsvermənin təxirə salması və ya ləğv edilməsi üçün beynəlxalq səviyyədə təzyiq olunur. Qərb qüvvələri düşünür ki, indiki vaxtda səsvermənin baş verməsinin İslam Dövlətinə qarşı mübarizəni zəiflədə bilər. Türkiyə kimi bəzi regional güclər bu səsvermənin sərhədləri daxilində olan Kürd separatçı qrupların aktivləşməsi ilə nəticələnə biləcəyindən narahatdır.

Müxaliflər isə bildirir ki, referendum pis vaxtda təyin edilib və bu daxili qarşıdurmaya səbəb ola bilər.

İraq Kürdüstan tərəfdarların sözlərinə görə, uzun müddətli müstəqilliyin elan edilməsinin faydaları risklərindən daha çoxdur.

Kürd liderləri keçmişdə bəzi açıqlamalar verərək, əgər gələcəkdə beynəlxalq ictimaiyyət müstəqilliyə tam dəstəyi təmin edə bilərsə referendumu təxirə sala biləcəklərini ifadə etmişdilər. Lakin, xeyli sayda seçicilər gözləmək istəmədiklərini söyləyib.

XS
SM
MD
LG