Accessibility links

İraq qüvvələri Ramadidə əməliyyatlara başlayıb


İraq rəsmilərinin məlumatına görə hökumət qüvvələri və müttəfiq qəbilə döyüşçüləri Bağdadın qərbindəki şəhərin bir hissəsini nəzarətini Əl-Qaidədən geri almaq üçün hücumlara başlayıb.

Rəsmilər deyir ki, qüvvələr Ənbər vilayətinin paytaxtı Ramadi şəhərinin məhəllələrinə doğru hərəkətə keçib. Şəhər pytaxtdan 100 kilometr qərbdə yerləşir. Əməliyyat barədə çox az məlumat verilib.

Dünən isə Bağdadda 4 bomba partlayışı və minomyot hücumu 14 nəfərin həyatına son qoyub, 50 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG