Accessibility links

İraqda sünni qanunverici Əhməd Əl-Əlvaninin evinə reyd keçirilib


İraqın təhlükəsizlik qüvvələri sünni qanunverici Əhməd Əl-Əlvaninin evinə reyd keçirib. Qarşıdurma zamanı onun 1 qardaşı və 5 cangüdəni öldürülüb.

Təhlilçilərin fikrincə, Əlvani İraqın sünni icması arasında ehtirasları qızışdırmaqla ölkədə zorakılıqlara səbəb olmaqda günahnlandırılırdı.

Əlvaninin həbsinə yol açan ittihamlar bəlli deyil.

Sünnilərlə qarşıdurmalar təhlükəsizlik qüvvələrinin aprel ayında sünnilərin etiraz düşərgəsinə hücumundan sonra baş qaldırıb.
XS
SM
MD
LG