Accessibility links

ABŞ təyyarələri Suriyada İslam Dövləti militantlarının istinadgahlarını hədəf alıb


Monitorinq qrupu bildirir ki, ABŞ-ın başçılıq etdiyi hava hücumları gecə saatlarında Suriyanın iki vilayətində İslam Dövləti militantlarının istinadgahlarını vurub.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının Müşahidə qrupu bildirib ki, bombardmanlar Hələb və Raqqa şhərlərində taxil zəmiləri və yaraqlıların cəmləşdikləri ərazilərə düşüb.

Müşahidə qrupu taxıl zəmilərinin mülki vətəndaşlara məxsus olduğunu və itkilərin olduğunu bildirib. Məlumat təsdiqlənməyib.

Digər hücumlar ölkənin əsas qaz istehsal zavodunun girişini hədəf alıb. Bu hücumlar İslam Dövləti militantlarını zavoddan kənarlaşdırmaq məqsədi daşıyır.

Ötən çərşənbə axşamı ərəb müttəfqiləri ilə birgə ABŞ döyüş təyyarələri Suriyada bir neçə hava hücumları həyata keçiriblər.

Qonşu İraqda isə hava hücumları ötən aydan bəri başlayıb. İraqda həyata keçirilən hava hücumları İraq və kürd qüvvələrinə militantları üstələməyə yardım edib.

XS
SM
MD
LG