İraqda kürd döyüşçüləri İraq hərbçilərinin köməyi ilə beynəlxalq koalisiyanın hava hücumlarının ardınca İslam Dövləti qrupunun mövqelərinə qarşı bir neçə hücum həyata keçirib.
Hücum bir gün əvvəl Diyala vilayətinin yaraqlılardan alınması üçün aparılan uğurlu kampaniyanın ardınca baş verib.
Suriyada kürd yarı-hərbi dəstələri Türkiyə ilə sərhəddə Kobaneşəhərini müdafiə etməyə davam edir.
İŞİD döyüşçüləri Kobane şəhərinin beş kilometrliyinə çatdıqdan sonra Türkiyə öz tərəfindən sərhədlərini möhkəmləndirib.
Türkiyə parlamenti İslam Dövləti qrupuna qarşı hərbi əməliyyatların keçirilməsinə icazə verən qanun layihəsini nəzərdən keçirir və cümə axşamı qanunun qəbul edilməsinə dair səsvermənin keçiriləcəyi gözlənilir.
Müxalifət tərəfi bu hökumətin bu addımını dəstəkləmir. Türkiyə hərbçilərinin hansı səviyyədə müdaxiləsi də qeyri-müəyyən olaraq qalır.