Accessibility links

Koalisiya qüvvələrinin İraqdakı bazasına hücum olub


Bağdadın şimalında koalisiya qüvvələrinin yerləşdiyi hərbi Taci bazasına edilən raket hücumları zamanı iki amerikalı və bir britaniyalı hərbi qulluqçu ölüb, ondan çox əsgər yaralanıb.

ABŞ və İraq rəsmiləri hücumun çərşənbə günü militantların modifikasiya edilmiş yük maşınıdan istifadə edərək, bazanı 30 Katyusha raketi ilə atəşə tutduğunu və raketlərdən 18-nin bazaya düşdüyünü bildirib.

Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının sözçüsü, kapitan Bill Urban ABŞ-ın iki hərbi qulluqçusunun öldüyünü təsdiqləyib. Ordu rəsmisi öldürülən üçüncü əsgərin Britaniyadan olduğunu deyib.

Məlumatda 12 yaralı arasında ABŞ və koalisiya qüvvələrinin əsgərləri və bir podratçının olduğu bildirilib.

Çərşənbə günü raket hücumu barədə ilk məlumat verən İraq hərbi rəsmiləri tvitter səhifəsində tərk edilmiş yük maşınının fotoşəkillərini paylaşıb.

ABŞ rəsmiləri istintaqın davam etdiyini deyərək, hücumu kimlərin həyata keçiurdiyini bildirməkdən imtina edib. Adının açıqlanmaması şərti ilə danışan hərbçi Amerikanın Səsinə hücumda İranın dəstəklədiyi səfərbərlik bölmələri kimi tanınan qüvvələrdən şübhələnildiyini deyib.

Şərhlərə bax

XS
SM
MD
LG