Accessibility links

İraqda hücumlar səngimək bilmir [Fotoqalereya]


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın 20 km şimalında həyata keçirilən bomba hücumu zamanı azı 7 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis hadisənin Taci şəhərindəki restoranda baş verdiyini bildirib. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Bugünkü bomba hücumu İraqın cənub bölgəsində 30 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən silsilə bomba və silahlı hücumlardan bir gün sonraya təsadüf edir.

Bazar günü bomba hücumları əsasən şiələrin çoxluq təşkil etdiyi Bəsrə,Nasiriyə, Mahmudiyə, Hilla, Küt və müqəddəs Nəcəf şəhərlərində həyata keçirilib. Mosul şəhərində isə silahlıların yoxlanış məntəqəsinə etdiyi hücum zamanı 4 polis işçisi ölüb.
XS
SM
MD
LG