Accessibility links

İraq ordusu Tikrit uğrunda hucumları intensivləşdirib


İraq təhlükəsizlik qüvvələri İslam Dövləti yaraqlılarının nəzarətində olan Tikrit şəhərini geri almaq üçün genişmiqyaslı hücuma keçib.

Bağdad rəsmiləri əminliklə sabiq prezident Səddam Hüseynin doğulduğu və strateji əhəmiyyətə malik olan şəhərin tezliklə geri alınacağını bildirir.

İranın dəstəklədiyi şiə yaraqlılarının köməyi ilə 30 minə qədər İraq əsgəri şəhəri və ətrafdakı bir neçə ərazini mühasirəyə alıb. Lakin onların nə qədər irəlilədiyi bilinmir.

Artıq ikinci həftədir müxtəlif mövqelərdən hücumlara baxmayaraq, hərbi qüvvələrin İslam Dövləti yaraqlıları tərəfindən snayper hücumları və tələlərə görə şəhərin geri alınması ləngiyir.

İraqın müdafiə naziri Xalid Əl-Obeydi əməliyyatların tez bir zamanda mühüm mərhələyə çatdırılacağını deyib.

XS
SM
MD
LG