Accessibility links

İraq parlamentinin iclası baş nazir seçilmədən başa çatıb [Fotoqalereya]


İraqın yeni parlamentinin ilk iclası baş naziri seçilmədən başa çatıb.

Aprel ayında seçilən millət vəkilləri parlamentin ilk sesiyasında bir araya gəlsələrdə, bəzi parlament üzvləri iclasda iştirak etmədiyi üçün spiker Mehdi Əl-Hafid yeni baş nazir seçkisini təxirə salıb.

O, baş nazirin seçilməsilə bağlı razılığın əldə olunması üçün iclasların bir həftə davam edə biləcəyini deyib.

Ancaq siyasi məsələlər üzrə professor Əziz Cabir Assoşiated Press xəbər agentliyinə bildirib ki, o yeni parlamentdə təriqət zəminində fikir ayrılılqlarının daha da arta bilməsindən ehtiyat edir.

Nuri Əl-Məlikinin parlament seçkilərindən sonra üçüncü dəfə baş nazir seçkilərində qalib gəlmə ehtimalı gözlənilsə də sünni üsyançıların İraqın şimal və qərb hissələrini ələ keçirməsi ölkədə siyasi böhrana səbəb olub.

Qərb liderləri İraq rəsmilərini şiə, sünni və kürdlərin də təmsil olunduğu hökumət yaratmağa çağırıb. İraq şiə baş nazir, kürd prezident və sünni parlament spikeri təfərindən idarə edilir.

İraqda və Suriyada İslam Dövləti, İŞİD qrupunun üzvlərinin başladığı üsyan nəticəsində mülkü vətəndaşlar və təhlükəsizlik qüvvələri daxil olmaqla minlərlə insan həlak olub.

BMT-nin İraqdakı missiyası bildirib ki, keçən ay təxminən 886 hərbiçi öldürülüb. Həlak olan mülkü vətəndaşların sayını isə 1531 nəfərə çatdığı xəbər verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG