Accessibility links

İraqda general intharçı hücumunun qurbanı olub


İraq rəsmiləri bildirir ki, intiharçı bomba hücumu nəticəsində hərbi kəşfiyyat idarəsinin yüksək rütbəli zabiti və onun iki mühafizəçisi öldürülüb. İlkin məlumatlarda 2 mühafizəçinin öldürüldüyü bildirilirdi.

Hücum bu gün səhər İraqın şimalında baş verib.

Rəsmilər deyir ki, Briqada generalı Əli Auni Tal Afar da evini tərk edərkən öldürülüb. Belə ki, intiharçı bombanı o evi tərk edən zaman işə salıb.

Son həftələrdə İraqda hücumlarının sayının artdığı müşahidə edilir.
XS
SM
MD
LG