Accessibility links

İraq hökuməti xarici şirkətlərlə enerji sazişi imzaladı


İki şirkət Bəsrə yaxınlığındakı cənub mədənində təbii qazı istismar etmək üçün İraqın dövlətə məxsus qaz şirkəti ilə işləyəcək

İraq hökuməti Royal Dutch Shell və Yaponyanın Mitsubişi şirkətləri ilə bir neçə milyard dollarlıq enerji sazişi imzalayıb. İki şirkət Bəsrə yaxınlığındakı cənub mədənində təbii qazı istismar etmək üçün İraqın dövlətə məxsus qaz şirkəti ilə işləyəcək. Iraq rəsmiləri ölkənin lahiyədə 51 faiz payı olacağını bildirib. Shell 44, Mitsubişi isə beş faiz payla razılaşıblar. İraqın neft emal etmə qabiliyyəti investisya yatırılmadığından, habelə sanksiyalar və müharibələr nəticəsində zəifləmişdir. Çox sayda əhali elektrik enerjisindən gündə cəmi bir neçe saat istifadə edə bilir. Enerjinin çatışmazlığı ölkədə etiraz aksyalarının artmasına səbəb olub.

XS
SM
MD
LG