Accessibility links

İŞİD tərəfindən oğurlanmış əsgərlərin ailə üzvləri İraq parlamenti binasına hücum edib


İyun ayında İslam Dövləti yaraqlıları tərəfindən oğurlanmış İraq əsgərlərinin qəzəbli qohumları parlament binasına hücum edib. Rəsmilər bu gün polisin onları parlament binasından çıxarmağa çalışmasına baxmayaraq, hiddətli insanların binanı tərk etməkdən imtina etdiklərini bildirib.

İnsan haqları qrupu Amnesty International-ın bu gün açıqladığı hesabatda deyilir ki, İslam Dövləti ölkənin şimalında tarixi miqyasda etnik təmizləmə apararaq, qeyri ərəbləri və sünni olmayan müsəlmanları məhv edir. Yeni hesabatda İslam Dövləti yaraqlılarının həyata keçirdiyi təmizləmə kampaniyasına insan oğurluqları və kütləvi qətllərin də daxil olduğu deyilir.

Bu arada isə İraq qüvvələri, kürd döyüşçüləri və şiə silahlılar Kərkükün cənubundakı Süleyman Bəy qəsəbəsinə daxil olaraq İslam Dövləti yaraqlılarının 3 aylıq nəzarətinə son qoyub.

ABŞ ordusunun dünənki məlumatında deyilirdi ki, bazar günü İslam Dövlətinə qarşı Mosul bəndi yaxınlığından başlayan hava hücumları davam edir.

Bazr ertəsi eləcə də Britaniya baş naziri Deyvid Kameron parlamentə bildirib ki, Britaniya ABŞ-ın İraqda İŞİD-ə qarşı hava hücumlarını dəstəkləyir. O, İslam Dövlətinin yaratdığı terror təhlükəsinə qarşı Britaniyanın yeni qanun qəbul etməli olduğunu bildirib.

XS
SM
MD
LG