Accessibility links

Netanyahu Qəzza kampaniyasını davam etdirməyə söz verib


İsrailin yeddi saatlığa elan etdiyi atəşkəs bitib, İsrailin Baş naziri Benyamin Netanyahu uzun müddətli sülh çağırışlarına baxmayaraq, Həmas yaraqlılarına qarşı kampaniyanı davam etdirməyə söz verib.

İsrail lideri ölkənin hərbi qüvvələrinin Həmasın silah saxlamaq və İsrail ərazisinə daxil olmaq üçün istifadə etdiyi tunellərin məhv edilməsi səylərini sona çatdırmağa yaxın olduğunu deyib. Lakin o, deyib ki, Qəzzanın tərksilah edilməsi və Həmasın yəhudi dövlətinə raket atmasına qarşı hərbi kampaniya İsrail vətəndaşları üçün uzun müddətli sakitlik və sabitlik təminə edilənə qədər davam etdirələcək.

Döyüşlər sakitləşsə də, fələstinlilərin yardım və ala bilməsi və məcburi köçkünlərin öz evlərinə qayıda bilməsinə imkan verilməsi məqsədilə elan edilmiş humanitar atəşkəs zamanı da dayanmayıb.

Qəzza şəhərində xilasetmə işçilərinin bildirdiyinə görə, İsaril atəşkəsin başlamasından bir neçə dəqiqə sonra qaçqın düşərgəsində insan ölümülə nəticələnmiş raket hücumu keçirib. Qəzza rəsmiləri Şati qaçqın düşərgəsində hava hücumu nəticəsində səkkiz yaşlı qızın həlak olduğunu, 30 insanın yaralandığını bildiriblər.

XS
SM
MD
LG