Accessibility links

İŞİD-in yaydığı videoda iki türk əsgərinin diri-diri yandırıldığı nümayiş etdirilib


Suriyadakı İslam Dövləti qrupunun yaydığı videoda iki türk əsgərinin diri-diri yandırıldığı nümayiş etdirilib. Məlumatı ABŞ-da yerləşən monitorinq qrupu və media mənbələri yayıb.

SITE kəşfiyyat qrupu bildirib ki, Suriyanın Hələb bölgəsindəki İŞİD türk əsgərlərini stullara bağlayaraq yandırıb.

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Peter Kukun bəyanatında deyilir ki, təsdiq edildiyi təsdirdə bu vəhşilik bir daha İŞİD-in məğlub edilməsinin mühümlüyünü xatırladır.

"Bu qəddarlıq Türkiyə və koalisiya tərəfdaşlarımızla bərabər Suriya və İraqda İŞİD-in məhvini zəruriləşdirir"- deyə bəyanatda bildirilir.

Reuters videonun həqiqiliyinin təsdiqinin mümkün olmadığını bildirir.

XS
SM
MD
LG