Suriyada vətəndaş müharibəsindən qaçan kər kəs üçün təhülkəsizliyə doğru aparan səfər riskli olue və bəzən hətta ölümlə nəticələnir.
Bacı-qardaş Alan və Gyan Məhəmməd əzələ distrofiyasından əziyyət çəkir.
Onların qeyri-adi səfəri 2014-cü ildə İŞİD Suriyanın şimalında onların yaşadığı Əl-Həsəkə şəhərinə doğru irəliləyəndə başladı.
Bu, güc və möhkəmliyi əks etdirən qeyri-adi bir hekayədir. Bundan əlavə bu Avropa ölkələrinin vətənlərində müharibə və təqibdən qaçan bu insanları təhlükəsizliklə təmin etməməsini göstərir.Monika Kosta Riba
Anaları və kiçik bacı-qardaşları ilə birgə qaçqınlar ilk olaraq İraqa keçdi. Bir il sonra isə İŞİD-in daha böyük irəliləyişlər əldə etməsi onları dağları aşıb Türkiyəyə qaçmağa məcbur etdi.
“Biz dağın başına çatanda iki at aldıq, biri bacımla əlil bacım üçün, digəri isə bizim əlil arabalarımız üçün,” deyə Alan bildirir.
Onlar nəhayətdə ata bağlanmış şəkildə Türkiyəyə keçə bildi. Orada isə insan alverçilərinə 750 dollar ödəyib Yunanıstana aparan qayığa mindilər. Onların olduğu qayıqda 60 qaçqın var idi.
Alan deyir ki,“hər dəfə ətrafıma baxanda qayıqdan kənarda ağlayan körpələr, uşaqlar görürdüm. Bu, çox çətin idi.”
Onlar Türkiyəni tərk etdikdən bir qədər sonra mühərrik dayanıb. Dörd saat sonra isə Avropa İttifaqının patrul qayıqları onları aşkar edib və Yunanıstanın Çios adasına aparıb.
“Bu, güc və möhkəmliyi əks etdirən qeyri-adi bir hekayədir. Bundan əlavə bu Avropa ölkələrinin vətənlərində müharibə və təqibdən qaçan bu insanları təhlükəsizliklə təmin etməməsini göstərir,” deyə Amnesty International təşkilatından Monika Kosta Riba bildirir.
Məhəmməd ailəsinin Yunanıstana gəlişi Avropa İttifaqı Türkiyə ilə bütün qaçqınları Türkiyə torpaqlarına geri göndərilməsi ilə bağlı razılıq əldə edəndən bir neçə gün öncəyə təsadüf edir.
Ancaq buna baxmayaraq onların Qərbi Avropaya yolu artıq bağlı idi. Məhəmməd ailəsi Afina ətrafında salınan qaçqın düşərgəsinə aparıldı. Altı ay sonra onlar hələ də həmin düşərgədədir.
“Yunanıstan rəsmiləri Avropa İttifaqının yardımı ilə Yunanıstanda ilişib qalan insanların yaşayış şəraitlərini yaxşılaşdırmalıdır. Amma ən nəhayətdə Avropa hökümətləri öləkələrinə daha çox qaçqın qəbul etməlidir,” Kosta Riba deyir.
Hazırda Yunanıstanda 60 min miqrant və qaçqın var. Avropada qaçqınlara qarşı müqavimət artdığı üçün isə Avropa İttifaqının təklif etdiyi yerləşdirmə layihəsi ləngiyir.
Alan Məhəmməd vaxtını qaçqın uşaqlara ingilis dili öyrətməklə keçirir. Onun ailəsinin terrordan qurtuluşu xeyirin şər üzərində qələbəsini qeyd etsə də, onların səfəri hələ bitməyib.