Accessibility links

Palmira şəhəri yenidən İŞİD-in nəzarətinə keçib


Suriya müşahidə qrupu bildirir ki, İŞİD cihadçıları Suriyanın tarixi Palmira şəhərinə nəzarəti yenidən ələ keçirib. Şəhərin nəzarətini ələ keçirmək uğrunda uzun müddətdir döyüşlər gedir.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə qrupundan Rami Əbdül Rəhman deyib ki, reydlərin davam etməsinə baxmayaraq, Suriya ordusu şəhərin cənubunu da tərk edəndən sonra İŞİD Palmiraya tam nəzarəti ələ keçirib. Ancaq Suriya ordu komandanlığı hələ ki, rəsmi olaraq bu məlumatı təsdiq etməyib.

Bu gün səhər Müşahidə qrupu və Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, ekstremistlər şəhərə daxil olandan sonra İŞİD döyüşçülərini tarixi şəhərdən çıxartmaq üçün Rusiya 60-a yaxın hava hücumu həyata keçirib.

Müşahidəçilər döyüşlərin şəhərin ətraflarında getdiyini bildirir.

Rusiya Daxili İşlər Nazirliyinin bəyanatında isə rus qırıcı təyyarələrinin YUNESKO-nin Dünya Tarixi İrsi siyahısına daxil edilmiş səhralıq şəhərdə yaraqlıların mövqelərinə qarşı 64 hava hücumu həyata keçirib.

Rusiyanın bildirdiyinə görə, onlar intiharçı hücumları həyata keçirən, zirehli maşınlardan və raket artilleriyasından istifadə edən 300-dən çox yaraqlını öldürüb. Nazirlik hücumlar nəticəsində 11 tank və 31 zirehli avtomobil məhv edilib.

İŞİD ekstremistləri hökumət qüvvələri ilə iki gün davam edən intensiv döyüşlərdən sonra Palmira şəhərinə daxil ola bilib.

XS
SM
MD
LG