Accessibility links

Türkiyə İŞİD-ə qarşı basqıları artırıb


Türkiyə İslam Dövləti qrupu ilə əlaqəsi olanlara qarşı basqılarını artırıb. Buna yeni İl gecəsi İŞİD-in məsuliyyətini üzərinə götürdüyü Reina gecə klubundakı hücum vüsət verib. O zaman özbək əsilli hücumçi 39 adamın həyatına son qoyub, onlarla insanın yaralanmasına səbəb olmuşdu.

S Bilisim Danismanlik özəl məsləhət şikrətinin bildirdiyinə görə, bu il Türkiyədə 8 yaraqlı öldürülüb, 500-ə yaxın insan nəzarət altına alınıb, 525 nəfərə qarşı ittiham irəli sürülüb.

Bundan əlavə Suriyanın şimal bölgəsindəki hərbi əməliyyatlar başa çatdırılıb. Ötən ilin avqust ayında baladılan və "Fərat qalxanı" adı ilə tanınan bu əməliyyatlar zamanı 2288 İŞİD üzvü qətlə yetirilib. Onların 750-i bu il ərzində öldürülüb.

Son illər Türkiyə xarici döyüşçülərin Suriya və İraqa keçid bölgəsi olduğu üçün ciddi tənqidlər altındadır.

Türkiyə dəfələrlə İŞİD-in hücumuna məruz qalıb. Belə ki, bu ölkə Suriya və İraqda İŞİD-lə mübarizədə kaolisya qüvvələri arasında böyük rola sahibdir.

Türkiyənin baş nazirinin müavini Veysi Kaynakın bildirdiyinə görə, son iki il ərzində Türkiyə ərazisindən Suriya və İraqa keçməyə cəhd edən 74 min xarici vətəndaş ölkədən çıxarılıb.

May ayında Ankarada polis reydi zamanı iki İŞİD şübhəlisi öldürülüb.

Türkiyənin yüksək səlahiyyətli rəsmiləri ölkənin əsas məqsədinin İŞİD və terrorizmin bütün formalarının məhvi olduğunu deyir.

XS
SM
MD
LG