Accessibility links

İslamçı döyüşçülər Türkiyə sərhədində yerləşən qəsəbəni tərk edib


Suriyada islamçı ekstremist qrupun ölkənin şimalında üsyançıların nəzarətində olan
ərazilərdən geri çəkilməyə başladığı bildirilir. Bu Addım rəqib cihadçı qrupun ultimatumundan sonra atılıb.

Suriya İnsan Haqlarını Müşahidə təşkilatı bildirir ki, İraq İslam Dövləti və Levant (İİDL) qruplaşmasının döyüşçüləri Azaz və ətraf bölgələrdən geri çəkilib.

Bu həftə Əl-Qaidə ilə əlaqəsi olan rəqib Əl-Nüsrə qrupu deyib ki, İİDL təşkilatı islam ruhanilərinin məsləhətini qəbul etməsə, onlar məcburi şəkildə ərazidən uzaqlaşdırılacaqlar.

İİDL təşkilatı Əl-Qaidədən ayrılaraq Türkiyə sərhədində yerləşən qəsəbəyə nəzarəti ələ keçirmişdi.

Prezident Bəşər Əl-Əsədi devirmək istəyən islamçı qruplar arasında başlamış iğtişaşlar zamanı minlərlə döyüşçü həyatını itirib və ikiyə bölünmüş müxalifət qüvvələrinin daha da parçalanmasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG