Accessibility links

İraqın mübahisəli torpaqlarında İŞİD aktivləşir


İraq höküməti ilə ölkənin şimal-şərqində yerləşən Kürdüstan muxtar vilayəti arasında mübahisəli torpaqlarda İslam Dövlətinin hücumları artıb. Bu hücumlar uzunmüddətli təhlükəsizlik təhdidlərinə və onlarla kəndin camaatının evlərini tərk etməsinə səbəb olub.

İraqın Ninəva, Səlahəddin və Diyalə bölgələrinin bir hissəsi və Kərkük vilayəti illərdir ki, mərkəzi dövlətlə Kürdüstan höküməti arasında ixtilaf nöqtəsi olaraq qalır. Mosul kimi əsas şəhərlər üzərində nəzarəti itirdikdən sonra İslam Dövləti bu bölgədə yenidən qruplaşmağa başlayıb.

Yerli əhalinin Amerikanın Səsinə bildirdiyinə görə, bu növ hücumlar daha çox Həmrin dağlarının ətəyində və Kərkük-Bağdad magistralı ətrafında yaşayan dini azlıqlara yönlənib.

son həftələr ərzində İslam hökümətinin hücum və insan oğurluğundan sonra bir neçə kənd təmamilə boşaldılmışdır.

İraqın baş naziri Heydər Əl-Əbadi çərşənbə axşamı həftəlik mətbuat konfransında bildirib ki, bölgənin səhra əraziləri minalarla doludur və bu da İslam Dövləti döyüşçülərinin rahat gizlənməsinə şərait yaradır.

İraqın baş naziri Heydər Əl-Əbadi
İraqın baş naziri Heydər Əl-Əbadi

“Bu magistral dağlarla əhatələnən boş sahədir,” Əl-Abadi bildirib. “Bizim yollarda qoşunlarımız var, lakin terrorçular yenə də soxulmağa yol tapa bilirlər. Onlar ordakı dağlarda gizlənib, xüsusilə qaranlıq çağı mühafizənin boşluğundan istifadə edərək hücum edirlər.”

Əl-Abadi yollarda artan qeyri-stabilliyin şəhərlərə və şəhər ətraflarına yayılacağına dair narahatlıqların şişirdilmiş olduğunu hesab edir. Onlar bölgədən qoşunlarının çıxarılmasını təhlükəsizlik vakuum yaratdığını iddia edən kürd rəsmiləri tərəfindən dəfələrlə xəbərdar olunmuşdu.

Bunlar nizamsız qruplardır və biz onların şəhərlərdə dinc əhaliyə hücum edərək öldürməsinin qarşısını onları məhv etməklə almışıq.

“Bunlar nizamsız qruplardır və biz onların şəhərlərdə dinc əhaliyə hücum edərək öldürməsinin qarşısını onları məhv etməklə almışıq. Onlar dəfələrlə şəhərlərə hücum ediblər, lakin biz onlardan bir addım öndəyik,” deyə Əl-Abadi bildirib.

Əl-Abadi bu açıqlamanı İraq mühafizə qoşunlarının bazar ertəsi günü öz altı üzvünün Kərkük- Bağdad magistral yolunda İslam dövləti tərəfindən oğurlandığından sonra verib.

İraq təhlükəsizlik qüvvələrinin son qaçırılması yeganə belə hal deyil. Yerli rəsmilər Amerikanın Səsinə bildiriblər ki, İŞİD mübahisəli ərazilərdə onlarla adam oğurluğu törədib.

XS
SM
MD
LG