Accessibility links

ABŞ-ın İraqda İŞİD-ə qarşı hücuma keçməsindən bir il ötür [Video]


İŞİD müqavimətini saxlamaqdadır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

ABŞ-ın İraqda İŞİD-ə qarşı hücuma keçməsindən düz bir il ötür. O vaxtdan bəri Amerika Suriya və İraqda 6 mindən artıq hava zərbəsi həyata keçirib. Bəzi ərazilərin qrupun nəzarətindən geri alınmasına baxmayaraq, İslam Dövləti kəskin müqavimət göstərməklə, regionda təhdidlərini davam etdirir.

ABŞ İraqda İŞİD-ə qarşı ilk hücuma şimal İrbil şəhərində keçib.

Amerikanın müdaiə rəsmiləri qırıcı təyyarələrlə yaraqlıların ABŞ əsgərlərinin təlim keçdiyi düşərgə yaxınlığındakı bölgəni hədəf aldığını bildirib. Yerli kürdlər İŞİD-ə qarşı mübarizədə hər bir yardıma görə minnətdardır. Lakin silahlara ehtiyac böyükdür. General Mənsur Barzani: "Mən üzümü dünyaya tutub demək istəyirəm ki, mübarizə yalnız Kürdüstan naminə aparılmır. Biz dünya ictimaiyyəti, bütün dünya üçün döyüşürük."

Aü Evin sözçüsü Coş Ernest İŞİD-ın bir il əvvəl İraqda ələ keçirdiyi ərazilərin 30 faizini, Suriyada isə böyük bir ərazini itirdiyini deyib. "Koalisiya qüvvələrinin İslam Dövlətinin liderlərini hədəf alması ilə qrupun istehkamı dağıdılıb. ABŞ və və onun koalisya tərəfdaşları İŞİD-in maliyyələşməsinə, onun xarici döyüşçüləri sıralarına cəlb etməsinə mane olur."

Türkiyənin hərbi əməliyyatlar qatılasına baxmayaraq, əməliyyatların daha çox PKK yaraqlılarına yönəldiyi görünür. Türkiyənin səhəd bölgələrinin bəzi sakinləri özlərini güvənli hiss etmir. Mehmed Kahraman Alp: "Bizi hökumətin öz xalqına məhəl qoymaması qorxudur. Hökumət insanları Suriyadakı kimi təkbaşına qoyub."

Təhlilçi Fransis Tusa hava hücumlarının yaraqlılara müvəqqəti təsirindən danışır.

“Hava hücumları quru qüvvələrin yardımı ilə İŞİD-in genişləməsinə və əraziləri itirməsinə ara verə bilər."

Onun fikrincə, İŞİD-in məğlubiyyəti üçün əsaslı hərbi yardıma ehtiyac var.

XS
SM
MD
LG