İnsan haqlarını müdafiə qrupları İslam Dövlətinin etnik yəzidilərin qadınlarına qarşı təcavüzdən silah kimi istifadə etdiyini və bunun insanlığa qarşı, eləcə də müharibə cinayəti olduğunu deyib.
Amnesty International yaraqlıların əlindən qaça bilən 42 qadın və qızla edilən müsahibələrə əsasən bu gün geniş hesabat açıqlayıb. Hesabatda həmin qadınların fiziki və psixoloji işgəncələrə, eləcə də cinsi zorakılıqlara məruz qaldıqları deyilir. Hesabatda bildirilir ki, yaraqlıların əlindən qaçan bir neçə qadın yaraqlıların əılindəki qadınlardan bəzilərinin intihara cəhd etdiklərinı deyib.
Amnesty İnternational-ın Böhranlara Münasibət Məsələləri üzrə baş məslətətçisi Donatella Roveranın dediyinə görə, həmin qadınlardakı fiziki və psixoloji təsirlərin fəlakətli dərəcədə olduğunu, hətta İslam Dövlətindən canlarını qurtara bilənlərin dərin travma yaşadıqlarını bildirib.
Təşkilat BMT-yə, humanitar yardım təşkilatlarına, eləcə də kürd rəsmilərinə müraciət edərək, cinsi təcavüzə məruz qalan qadınların vəkillər və həkimlərlə təmin edilməsinə şərait yaradılmasına çağırıb.