Rəsmi Madrid: Separatçı lider erkən seçkidə iştirak edə bilər
İspaniya höküməti Kataloniyanın separatçı liderinin dekabrda keçirilən seçkilərdə iştirak etməsinin qarşısını almayıb. Bazar günü İspaniyanın xarici işlər naiziri deyib ki, Kataloniyanın devrilmiş prezidenti Karl Puiqdemont həbs edilmədiyi təqdirdə partiyasının lideri olaraq namizədliyini irəli sürə bilər. Puiqdemontun höküməti Kataloniyanın Madriddən müstəqilliyini elan etməklə İspaniyada son onillərdə yaşanan ən böyük siyasi böhrana səbəb olub. Lakin katalanlar məsələ ilə bağlı fərqli fikirlərə sahibdir. Bazar günü regionun paytaxtı Barselonada yüz minlərlə insan İspaniyanın birliyinə dəstək məqsədilə yürüş keçirib.
Episodes
-
Yanvar 27, 2021
ABŞ-ın yeni müdafiə nazirinin qarşısında duran vəzifələr
-
Yanvar 27, 2021
Dövlət Katibi Entoni Blinkenin ailəsinin tarixi
-
Yanvar 27, 2021
Dünyaya Baxış - 26 yanvar 2021
-
Yanvar 26, 2021
"Gəncə işi" üzrə məhkəmə prosesi keçirilib
-
Yanvar 26, 2021
Whatsapp aplikasiyasından istifadə etmək təhlükəlidirmi?