Accessibility links

Aİ Komissarı Qəzzada humanitar vəziyyətin acınacaqlı olduğunu deyir


Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cosep Borrell bazar ertəsi deyib ki, İsrailin Qəzza zolağında HƏMAS-a qarşı apardığı müharibə "nəsillərə nifrət toxumu səpmək deməkdir".

Borrell Avropa İttifaqı nazirlərinin İsrailin xarici işlər naziri İzrael Katz və Fələstin Administrasiyasının baş diplomatı Riyad Əl-Maliki ilə keçirəcəkləri ayrı-ayrı danışıqlardan əvvəl çıxış edib.

"HƏMAS-ın nə olduğu, nə etdiyi bizim yadımızdadər və əlbəttə ki, bunu rədd edirik və qınayırıq. Lakin sülh və sabitliyi yalnız hərbi yolla, hərbi vasitələrdən istifadə etməklə qurmaq olmaz," Borell jurnalistlərə deyib.

Borrell Qəzzadakı mülki itkilərin sayını tənqid edən Qərb rəsmiləri arasında olub. Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinın bildirdiyinə görə, əksəriyyəti qadın və uşaq olmaqla, azı 25 295 fələstinli öldürülüb. Nazirlik ölən mülki şəxslərin və HƏMAS döyüşçülərinin sayını dəqiqləşdirməyib.

"Humanitar vəziyyət bundan pis ola bilməz. Sığınacaqsız, yeməksiz, dərmansız və bombalar altında qalan yüz minlərlə insanın vəziyyətinin necə olduğunu izah etməyə söz yoxdur. Və hər gün çox sayda mülki əhali həlak olur" - deyə, Borrell bildirib.

İsrail HƏMAS-ı mülki insanları təhlükə altında qoymaqda günahlandıraraq, militant qrupun qəsdən yaşayış məntəqələrində və tunellərdə fəaliyyət göstərdiyini bildirib.

Qəzzada döyüşlər bazar ertəsi İsrailin şimal, mərkəzi və cənub bölgələrində HƏMAS militantlarını hədəf alan hava hücumları ilə davam edib.

Bazar günü Netanyahu HƏMAS-ın müharibəni dayandırmaq təklifini rədd edib.

İsrail lideri "HƏMAS girovlarımızın azad edilməsi müqabilində müharibənin bitməsini, qüvvələrimizin Qəzzadan çıxarılmasını, bütün qatillərin və təcavüzkarların azad edilməsini tələb edir. Və HƏMAS- toxunulmaz qalacaq" deyib.

​"Mən HƏMAS canavarlarının təslim olma şərtlərini açıq şəkildə rədd edirəm" - deyə, Netanyahu bildirib.

Forum

XS
SM
MD
LG