Accessibility links

İsrail quru qüvvələri Qəzzaya doğru irəliləyir, Cəbəliyə qaçqın düşərgəsində azı 195 nəfər ölüb


Fələstin anklavında döyüşlərin qısa müddətə dayandırılması və getdikcə ağırlaşan humanitar böhranın qarşısının alınmasına nail olmaq üçün davam edən diplomatik səylər fonunda İsrailin quru qoşunları cümə axşamı Qəzza şəhərinə doğru irəliləyib.

ABŞ prezidenti Co Bayden çərşənbə günü İsrail və HƏMAS militantları arasındakı müharibəyə "humanitar fasilə" verməyə çağırıb. O, "Fasilə məhbusları çıxarmaq üçün vaxt vermək deməkdir. Vaxt verin" deyib.

HƏMAS oktyabrın 7-də İsrailə hücumu zamanı 240-dan çox insanı girov götürüb. İsrail hücum zamanı 1400 nəfərin öldüyünü bildirib. Hücumdan sonra İsrail HƏMAS-a müharibə elan edib və Qəzzaya qarşı həyata keçirdiyi davamlı bombardmanlar minlərlə fələstinlinin ölümünə səbəb olub. HƏMAS-ın idarə etdiyi Fələstin Səhiyyə Nazirliyi ölənlərin sayının 9 mini keçdiyini bildirib.

HƏMAS-ın idarə etdiyi hökumət İsrailin Cəbəliyə qaçqın düşərgəsinə etdiyi hücumlar zamanı azı 195 fələstinlinin öldüyünü bildirdikdən sonra daha çox xarici vətəndaş mühasirədə olan Qəzza zolağını tərk etməyə hazırlaşır. BMT-nin insan haqları rəsmiləri bu hücumların müharibə cinayəti ola biləcəyini deyib.

İlkin siyahıda olan 500 nəfər xarici vətəndaşdan azı 320-si, eləcə də onlarla ağır yaralı qəzzalı İsrail, Misir və HƏMAS arasında razılaşma əsasında çərşənbə günü Misirə keçib.

Təxliyədə Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Finlandiya, İndoneziya, İtaliya, Yaponiya, İordaniya, Britaniya və ABŞ pasportları olan vətəndaşlar olub.

Qəzza sərhəd rəsmiləri daha çox xaricinin çıxa bilməsi üçün sərhəd keçidinin cümə axşamı yenidən açılacağını bildirib. Diplomatik mənbə təxminən 7500 xarici pasport sahibinin Qəzzanı təxminən iki həftə ərzində tərk edəcəyini bildirib.

Oktyabrın 7-də islamçı HƏMAS-ın İsrailin cənubuna hücumundan və 200-dən çox insanı girov götürməsindən sonra İsrail qrupu məhv etmək üçün Qəzzanı qurudan, dənizdən və havadan bombalayıb.

Qəzzanın Səhiyyə Nazirliyi oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində dar sahil anklavında 3648 uşaq olmaqla, azı 8796 fələstinlinin həlak olduğunu bildirib.

Fələstinin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, cümə axşamı səhər saatlarında sıx əhalisi olan Qəzza şəhərindəki Əl-Qüds xəstəxanası ətrafında partlayış səsləri eşidilib. İsrail rəsmiləri bundan əvvəl xəstəxanaya təcili təxliyə barədə xəbərdarlıq etsə də, BMT rəsmiləri xəstələri bunun təhlükəli olduğunu deyib.

BMT-nin yüksək səviyyəli UNICEF agentliyi Qəzzada atəşkəs çağırışlarına məhəl qoyulmadığı təqdirdə fəsadların artmaqda davam edəcəyi və əhalinin sıx məskunlaşdığı Fələstin anklavında uşaqların daha böyük risk altında qalacağı barədə xəbərdarlıq edib.

İsraillə Fələstinin İslamçı HƏMAS qruplaşması arasında münaqişənin davam etdiyi bir vaxt humanitar yardım daşıyan yük maşınları Qəzza zolağının cənubundakı Rəfahda, Misirlə sərhədin Fələstin tərəfində gözləyir.

İsrail yanacağın Qəzzaya daxil olmasına icazə vermir, belə ki, yanacağı "ikili istifadə" məhsulu kimi təsnif edir və HƏMAS-ın ondan hərbi məqsədlər üçün istifadə edə biləcəyini deyir. İsrail həmçinin HƏMAS-ın döyüşlərdə istifadə üçün böyük miqdarda yanacaq ehtiyatı saxladığını iddia edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG