İsrail rəsmiləri bu gün Qüdsdə iki polis zabitini bıçaqlayan bir fələstinlinin polis tərəfindən öldürüldüyünü bildirib.
Bıçaqlanan polis zabitlərinin aldıqları yaraların ağır olmadığı deyilir. Polisin dediyinə görə, təhlükəsizlik kamerası İordan çayının qərb sahilindən olan 26 yaşlı gəncin polisə hücum etməzdən əvvəl küçədən keçən bir nəfərə hücum etmək istədiyini çəkib.
Hücumun motivləri araşdırılır.