Accessibility links

Netanyahu hökuməti: Yəhudilərin İordan çayının qərb sahilində məskunlaşması əsas prioritetdir


Benyamin Netanyahu
Benyamin Netanyahu

Benyamin Netanyahunun yeni sərt-xətt hökuməti ultra-millətçi müttəfiqləri ilə koalisiya müqaviləsinin bir hissəsi olaraq, çərşənbə günü İordan çayının qərb sahilinin genişləndirilməsini prioritetləri siyahısında birinci yerə qoyaraq, işğal olunmuş ərazini ilhaq edəcəyinə və onlarla qeyri-qanuni tikilini qanuniləşdirəcəyinə söz verib.

Hökumətin andiçmə mərasimindən bir gün əvvəl açıqlanan koalisiya siyahısında eləcə də dini zəmində LGBTQ insanlara qarşı ayrı-seçkiliyi dəstəkləyən dil, həmçinin işləmək əvəzinə təhsil almağa üstünlük verən ultra-ortodoks kişilər üçün səxavətli təqaüdlər daxildir.

Paket Netanyahu hökuməti üçün fırtınalı bir başlanğıcın əsasını qoyub və İsrail ictimaiyyətinin böyük bir hissəsi, eləcə də İsrailin xaricdəki yaxın müttəfiqləri ilə ziddiyyətə səbəb ola bilər.

Onun uzun təlimatlar siyahısının başında İncildə "Yudeya və Samariya" adlanan İordan çayının qərb sahili də daxil olmaqla, "İsrailin hər yerində məskunlaşmanı genişləndirmək və inkişaf etdirmək" durub.

İsrail Qəzza zolağı və şərqi Qüdsü İordan çayının qərb sahili ilə birlikdə 1967-ci ildə ələ keçirib. Fələstinlilər İordan çayının qərb sahilinə gələcək müstəqil dövlətlərinin mərkəzi kimi baxır. Onilliklər ərzində İsrail orada onlarla yəhudi yaşayış məntəqəsi salıb ki, bu qəsəbələrdə hazırda 2,5 milyon fələstinli ilə yanaşı 500 min israilli yaşayır.

Beynəlxalq ictimaiyyətin əksəriyyəti İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini qeyri-qanuni sayır və fələstinlilərlə sülhə maneə hesab edir. Birləşmiş Ştatlar artıq İsraili gələcək hökumətini müstəqil Fələstin dövlətinin yaradılmasına dair azalan ümidləri sarsıda biləcək addımlar atmaqdan çəkinməyə çağırıb.

Netanyahunun yeni hökuməti İsrail tarixində ən dindar və sərt-xətt mövqeli, ifrat sağçı ultramillətçi dini fraksiya ultra-ortodoks partiyalardan ibarətdir. Yeni hökumətin andiçmə mərasimi cümə axşamı olacaq.

XS
SM
MD
LG