İsrail hərbi qüvvələri bildirir ki, fələstinli militantlar yenidən başlanan sülh danışıqlarını dayandırmaq haqda xəbərdarlıqlardan sonra bu gün Qəzza zolağından İsrailə raket atıblar. Raket İsrailin cənubunda açıq əraziyə düşüb. Dəymiş zərər və itkilər barədə məlumat verilməyib. Hadisə İsrailin baş naziri Benyamin Netanyahu və fələstinlilərin prezidenti Mahmud Abbas arasında Vaşinqtonda iki ilə yaxındır ilk dəfə olaraq danışıqlar keçirdikdən sonra baş verir. Qəzza zolağına nəzarət edən Həmas qrupu sülh danışıqlarından imtina edir və İsrailə qarşı hücumlarını davam etdirəcəyini bildirir.
İsrail hərbi qüvvələri bildirir ki, fələstinli militantlar yenidən başlanan sülh danışıqlarını dayandırmaq haqda xəbərdarlıqlardan sonra bu gün Qəzza zolağından İsrailə raket atıblar